CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qadının sözü ilə adam oğurlayıb işgəncə verənləri saxladılar - VİDEO

CC0 / JÉSHOOTS / phoneQadın, arxiv şəkli
Qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alınan pulun müqabilində A.Abbasova əlaltılarına 10000 manat verəcəyini vəd edib

BAKI, 11 sentyabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.

Evsiz uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözünüzü dörd açın - Azərbaycanda unudulan cinayət yenidən baş qaldırdı

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakini, 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. H.Əsgərov əvvəllər məhkum olunan, kriminal aləmə meylli, 1982-ci il təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıblar, zərərçəkən H.Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0