CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumətdən məktəb direktorlarına şad xəbər

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики. Архивное фото
Кабинет министров Азербайджанской Республики. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimlərinin bilik, bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan təhsil müəssisələri direktorlarının, müavinlərinin maaşları artırılıb

BAKI, 11 sentyabr - Sputnik. Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.

Xəbər lenti
0