CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mübariz Qurbanlı məsciddə şəhid şəkillərinin sökülməsi iddiasına cavab verdi

© REPORTMübariz Qurbanlı
Mübariz Qurbanlı - Sputnik Azərbaycan
Abunə olmaq
O, qeyd edib ki, məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə bu tamamilə doğrudur. Çünki bu dinlə ziddiyyət təşkil etmir

BAKI, 10 sentyabr — Sputnik. "Şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirmək doğru deyil. Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir" məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi bağlı səslənən iddialara cavab olaraq bildirib.

Aşura günü paytaxt Bakıda - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş yarıb, qan tökən yoxdur, amma körpələr yenə ordadır

O, qeyd edib ki, məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə bu tamamilə doğrudur. Çünki bu dinlə ziddiyyət təşkil etmir.

M. Qurbanlı əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. "Bu həm dinimiz, həm də QMİ-nin fətvasında var. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır" - o əlavə edib.

Xatırladaq ki, ötən gün KİV-də Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir" məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialar səslənmişdi.

Bakı Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev iddiaların həqiqətə uyğun olmadığını bildirib, yayılan məlumatın böhtan olduğunu qeyd edib.

Xəbər lenti
0