Hindistanlı turistlərin sayı artacaq

© Sputnik / Murad OrujovTuristlər Bakıda, arxiv şəkli
Turistlər Bakıda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağı gözlənilir

BAKI, 10 sentyabr — Sputnik. Bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağı gözlənilir. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycabn-a verilən məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Yeni Delhi şəhərinə olan tur çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.

Konfransda Yeni Delhi şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar. Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Delhi şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil edəcək.

Xəbər lenti
0