Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO

© Sputnik / Ilham MustafayevMinik avtomobili ilə ot daşıyan şəxs
Minik avtomobili ilə ot daşıyan şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir az da artım olsa, məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Qərb bölgəsində mal-qaranın əsas qidasını təşkil edən quru ot bahalaşıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, ötən illərlə müqayisədə ot bağlamasının qiymətində 1 manat artım müşahidə edilir. Belə ki, ən qidalı ot hesab edilən yonca bağlamasının qiyməti 4-6, təbii ot 3-4, ən zəif tərkib hesab edilən saman bağlaması isə 1,5-2 manat aralığında dəyişir. Təsərrüfat sahibləri bahalaşmanın davam etməsindən narahatdırlar.

Otun qiymətləri ilə yerində tanış olmaq üçün Sputnik Azərbaycan-ın bölgə müxbiri Tovuz rayonunda yerləşən ot bazarında olub. Qiymətlər və bahalaşmanın səbəbləri ilə maraqlanıb. Müxbirimizin suallarını cavablandıran bazar əhli bir qayda olaraq qiymət artımını yaz-yay mövsümlərində yaşanan quraqlıqla əlaqələndiriblər.

© Sputnik / Ilham MustafayevTovuz rayonunda yerləşən ot bazarı
Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO - Sputnik Azərbaycan
Tovuz rayonunda yerləşən ot bazarı

Ot satışı ilə məşğul olan Tovuz rayon sakini Füzuli Sadıqov ötən illərlə müqayisədə ot və yonca bağlamalarında 1 manatlıq artımın olduğunu deyib.

"Ötən illə müqayisədə bu il bahalaşma var. Keçən il yonca bağını 3-5 manata satırdıq, indi 4-6 manata satırıq. Təbii ot 3-4 manat arasıdır. Səbəb odur ki, bu il yağış yağmadı. Nəticədə bir biçim ot gecikdi. Keçən il bu vaxt 4-cü çalım çalınırdı, amma indi 3-cü, elə yerlər var, hələ 2-ci biçin edilir. Artıq soyuqlar da düşür, uzağı, bir biçim ot biçilər", - deyə F.Sadıqov məlumat verib.

© Sputnik / Ilham MustafayevTovuz rayon sakini Füzuli Sadıqov
Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO - Sputnik Azərbaycan
Tovuz rayon sakini Füzuli Sadıqov

Digər satıcı Taleh Məmmədov satdıqlarının içərisində ən ucuzunun saman bağlaması olduğunu deyib: "Sahələrdən baha alırıq. Ot qıtlıq oldu deyə yer sahibləri qiyməti qaldırıblar. 1 yonca bağlaması fermerə 1,5 manata başa gəlir. Hektarını 25 manata traktor biçir, 15 manata dırmıqlanır. Aqreqat isə birini 25-30 qəpiyə bağlayır. Bir hektardan 150-250 bağlama çıxır. Biz də alanda 30 qəpik fəhləyə doldurub-boşaltmaq haqqı veririk. Yanacaq yandırırıq. Məsafəsindən asılı olaraq aparıb 50 qəpik, 1 manat bahasına satırıq".

T.Məmmədovun sözlərinə görə, otun 1, yaxud 10 manat olmasından asılı olmayaraq satıcılara oradan 50 qəpik qalır ki, onun 30-u fəhlənin, 20-si isə özlərinin olur.

© Sputnik / Ilham Mustafayev Satıcı Taleh Məmmədov
Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO - Sputnik Azərbaycan
Satıcı Taleh Məmmədov

Bərdədən gələn satıcı Ramin Quliyev isə alıcı qıtlığından gileylənib: "İki gündür 500 təbii ot bağlaması gətirmişəm. Amma alıcı yoxdur. Gələnlər üstünlüyü qida dəyəri daha artıq olan yoncaya verir. Düzdür, qiymət ucuz olsa da, təbii ot yaxşı alınmır".

Şəmkirdən ot almağa gələn Eldəniz Nəsibov isə qiymətlərin daha da artacağından narahatdır.

© Sputnik / Ilham MustafayevOtla dolu yük avtomobili
Bazarın dəbə düşən bəlası: otun qiyməti qalxdısa, ətdən əlini üz - FOTO - Sputnik Azərbaycan
Otla dolu yük avtomobili

"Zəyəm Cırdaxan kəndindən gəlmişəm. Torpağımız yoxdur əkib-biçməyə. Ona görə otu yalnız pulla alırıq. Bir bağ otun ağırlığı təxminən 25-30 kiloqram olur. Günə 1 bağlama yedirəndə inəyi qışdan çıxarmaq üçün 250 bağlama ot almalıyam ki, o da 1000-1200 manat edir. Bir az da artım olsa, məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq", - deyə alıcı vəziyyət haqda danışıb.

Son günlər ətin qiymətində də 1 manat bahalaşmanın olduğunu bildirən müsahiblər bu gedişlə yeni bahalaşmanın olacağını istisna etmirlər.

Xəbər lenti
0