CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşların nəzərinə

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzil açarları, arxiv şəkli
Mənzil açarları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub

BAKI, 9 sentyabr — Sputnik. Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib.

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzil sahibi olmaq asanlaşdı: Nə faiz var, nə də ki, dərd-sər
 Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu davam etdirilir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq: ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli; agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Xəbər lenti
0