Ankara Vaşinqtona ultimatum verdi – Bu ayın sonuna...

© © Turkish Defence Ministry/Handout via REUTERSSüriyada ABŞ və Türkiyənin hərbi texnikası, arxiv şəkli
Süriyada ABŞ və Türkiyənin hərbi texnikası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, 3-5 helikopter uçuşu, 5-10 zirehli avtomobil patrulu, bir neçə yüz hərbçinin həmin əraziyə cəlb olunması ilə baş tutacaq iş deyil

BAKI, 9 sentyabr — Sputnik. "Sentyabr ayının sonuna qədər Fərat çayından şərqdə hərbçilərimizin iştirakı ilə təhlükəsizlik zonasının qurulması prosesinə başlamasaq, artıq öz yolumuzu getməkdən başqa çarəmiz qalmayacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan nüvə silahı haqqında: "Mən bunu qəbul etmirəm"

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu, 3-5 helikopter uçuşu, 5-10 zirehli avtomobil patrulu, bir neçə yüz hərbçinin həmin əraziyə cəlb olunması ilə baş tutacaq iş deyil. Həmin ərazidə bir milyon şəxsin yaşaması üçün şəhərləri, kəndləri ilə birgə bütün bölgəni təhlükəsiz vəziyyətə gətirmək lazımdır. Bunun üçün nə qədər güc lazımdırsa, o qədərini işlətməkdə qərarlıyıq. Bölgə xalqı onsuz da bizim yanımızdadır", - deyə Ərdoğan vurğulayıb.

Prezident eyni zamanda ölkə ordusunun Afrində keçirdiyi uğurlu əməliyyatı da yada salıb: "Biz oranı iki ay belə olmadan təhlükəsiz vəziyyətə gətirə bildik və hazırda orada hamı sülh içində yaşayır. Türkiyənin təhlükəsiz vəziyyətə gətirdiyi heç bir yerdə ən kiçik insan haqqı belə pozulmayıb. Fərat çayından şərqdə də suriyalı qardaşlarımızla birgə sülh, təhlükəsiz bir bölgə formalaşdırmaqda qərarlıyıq".

Xəbər lenti
0