"Faksay" Yaponiyada dağıntılara və ölümə səbəb olub

© © Mandatory credit Kyodo/via REUTERS"Faksay" qasırğası Yaponiyanın paytaxtı Tokionu vurub
Faksay qasırğası Yaponiyanın paytaxtı Tokionu vurub - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara əsasən, qasırğa iki nəfərin ölümünə və 61 nəfərin xəsarət almasına səbəb olub

BAKI, 9 sentyabr — Sputnik. Güclü "Faksay" qasırğası Yaponiyanın paytaxtı Tokionu və ətraf əraziləri vurub.

Sputnik Azərbaycan "NHK" telekanalına istinadən xəbər verir ki, qasırğa Tiba prefekturasında yerləşən günəş elektrik stansiyasını zədələyib. Sözügedən günəş elektrik stansiyası ölkədə ən böyük belə stansiyadır.

Hazırda "Faksay" qasırğası saatda 30 kilometr sürətlə Yaponiya sahilindən şimal-şərq istiqamətində hərəkət edir.

Son məlumatlara görə, qasırğa iki nəfərin ölümünə və 61 nəfərin xəsarət almasına səbəb olub. Bundan başqa ən azı 3 min adam subasma və sürüşmə təhlükəsi səbəbi ilə təxliyə olunaraq təhlükəsiz yerlərə aparılıblar.

Bu gün Tokionun və bir sıra digər şəhərlərin ümumtəhsil məktəblərində dərslər ləğv olunub və zavodlar fəaliyyət göstərməyib.

Xəbər lenti
0