CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milçək mindim, çay keçdim, "qonmağa" yer tapmadım - Kür sahilində yer davası

© Sputnik / Irade JELILMingəçevir şəhəri
Mingəçevir şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevirdə bəzən müştərilər gəmilərə minmək üçün məhəccərlərin üzərindən keçməli olurlar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Mingəçevir — Azərbaycanın əhali sayı etibarı ilə dördüncü böyük şəhəridir. Şəhər Kür çayının sahillərində yerləşir. Mingəçeviri turizm şəhəri adlandırmaq olar. Bura təkcə Azərbaycanın digər bölgələrindən deyil, xarici qonaqlar da təşrif buyururlar.

Mövsümündən aslı olmayaraq dadlı balığı, Kür çayı, çay boyu yer almış müxtəlif ulduzlu otellər şəhərin turizm imkanlarının geniş olmasının xəbərçisidir.

© Sputnik / Irade JELILMingəçevir şəhər sahili
Milçək mindim, çay keçdim, qonmağa yer tapmadım - Kür sahilində yer davası - Sputnik Azərbaycan
Mingəçevir şəhər sahili

Bir neçə gün öncə Sputnik Azərbaycan-ın əməkdaşı Mingəçevir şəhərində olub, gördüklərini qələmə alıb. Ən çox diqqətini çəkən isə Kürdə gəzintinin durumu olub. 

Mingəçevir şəhəri, nə qədər qəribə olsa da, bir az Sumqayıtı xatırladır. Şəhərə daxil olanda əvvəlcə elə hiss edirsən ki, Sumqayıtdasan. Bir qədər irəlidə Kür çayının hər iki sahilində müxtəlif otellər, restoranlar yer alıb. Şəhərin qonaqları daha çox Kürdə gəmi ilə gəzməyə üstünlük verirlər. Burada onlarla kiçikhəcmli gəmi fəaliyyət göstərir.

Amma maraqlısı budur ki, gəmilərin çox olmasına baxmayaraq, liman çox kiçikdir. Yəni bəzən müştərilər gəmilərə minmək üçün məhəccərlərin üzərindən keçməli olurlar.

© Sputnik / Irade JELILMingəçevir şəhər sahili
Milçək mindim, çay keçdim, qonmağa yer tapmadım - Kür sahilində yer davası - Sputnik Azərbaycan
Mingəçevir şəhər sahili

Yaxınlaşıb gəmilərdə təhlükəsizlik qaydalarına əməl olunub–olunmaması ilə maraqlanırıq. Məlum olur ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti mütəmadi olaraq gəmilərə nəzarəti həyata keçirir və Xidmətin Mingəçevir şəhərində kiçikhəcmli gəmilərə nəzarət şöbəsi fəaliyyət göstərir.

Gəmi sahibləri bildirirlər ki, bütün gəmilərin bort nömrəsi, gəmi bileti, texniki talonları var. Gəmi sürücüləri sürücülük hüququ üçün xüsusi sürücülük vəsiqələri də alıblar. Eyni zamanda gəmilərdə insanların sularda təhlükəsizliyi üçün xilasedici canlıq və xilasedici dairə də var.

© Sputnik / Irade JELILMingəçevir şəhərinin Sularda Xilasetmə Dövlət Xidməti
Milçək mindim, çay keçdim, qonmağa yer tapmadım - Kür sahilində yer davası - Sputnik Azərbaycan
Mingəçevir şəhərinin Sularda Xilasetmə Dövlət Xidməti

Onların sözlərinə görə, ərazidə 15 ailəyə məxsus gəmilər fəaliyyət göstərir. Bu isə o deməkdir ki, buradan 15 ailə qazanc yeri kimi istifadə edir. Ancaq gəmi sahiblərini narahat edən məqamlar da var. Onlar hesab edirlər ki, gəmilərin sayı artsa da, saxlanılması üçün müvafiq yer yoxdur. Sahibkarlar bununla bağlı bir neçə dəfə İcra Hakimiyyətinə müraciət ediblər.

Sahibkar Rüstəm İlyas oğlu deyir ki, o, 10 ildən artıqdır burada fəaliyyət göstərir. Burada dəfələrlə intihara cəhd hadisəsi baş versə də, onlar həmin şəxsləri ölümdən xilas edə biliblər.

© Sputnik / Irade JELILMəlumat tablosu
Milçək mindim, çay keçdim, qonmağa yer tapmadım - Kür sahilində yer davası - Sputnik Azərbaycan
Məlumat tablosu

"Biz həm şəhərin qonaqlarına xidmət edirik, həm də bədbəxt hadisələrin baş verməsinin qarşısını alırıq. İstəyimiz isə sadəcə olaraq bizə qanuni şəkildə yer ayrılmasıdır. Gəmilərin sayı artır, yer isə yox səviyyəsindədir",- deyə sahibkarlar bildiriblər.

Onlar həmçinin fəaliyyətlərinə qoyulan vaxt məhdudiyyətindən də danışıblar. Bildiriblər ki, saat 21.00-dən sonra onların fəaliyyətinə icazə verilmir.

Mingəçevir İcra Hakimiyyəti aparatının birinci ərazi dairəsi üzrə icra nümayəndəsi Rizvan Mikayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gəmi sahibləri ilə müqavilələr bağlanılır və sahibkarlar müqavilə şərtlərinə uyğun olaraq fəaliyyət göstərirlər.

© Sputnik / Irade JELILMingəçevir şəhər sahili
Milçək mindim, çay keçdim, qonmağa yer tapmadım - Kür sahilində yer davası - Sputnik Azərbaycan
Mingəçevir şəhər sahili

"O ki qaldı gəmilərin saat 21.00-dan sonra fəaliyyətinə, bu, qanuna ziddir. Sərnişinlərin narazılığını nəzərə alaraq, gəmilərə elanlar vurulmalıdır ki, onların saat 21.00-dən sonra fəaliyyəti qadağandır. Bundan sonra hamı qanuna riayət etməyə məcbur olaraq, razılaşacaq".

R.Mikayıllı qeyd edib ki, hamı - vətəndaşlar da, sahibkarlar da və aidiyyəti qurumlar da - səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun hərəkət etməlidirlər: "Yer məsələsinə gəldikdə isə bu barədə bələdiyyəyə xüsusi tapşırıq verilib. Gələn mövsüm üçün bütün problemlər həllini tapacaq".

Xəbər lenti
0