CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftədə üç dəfə göbələk yemək kişiləri nədən qoruyur?

CC0 / kliempictures / MushroomsGöbələk, arxiv şəkli
Göbələk, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyalı alimlər göbələyin faydaları ilə bağlı maraqlı bir araşdırmaya imza atıblar

BAKI, 8 sentyabr — Sputnik. Yaponiyalı alimlər apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər ki, həftədə 3 dəfə göbələk yemək kişilərdə prostat xərçəngi riskini azaldır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Yaponiyada 40-79 yaşlı 36 mindən artıq kişi arasında 13 il ərzində aparılan araşdırmaların nəticəsində belə bir qənaət əldə olunub. Aparılan araşdırma nəticəsində isə bu cür şəxslərdə prostat xərçənginin yaranma riskinin digərləri ilə müqayisədə 17 faiz daha az olduğu açıqlanıb.

Qeyd edək ki, kişilər antioksidant təsirə malik olan göbələyi həftədə iki dəfə yeməklə prostat xərçəngi riskini 8 faiz azaltmış ola bilərlər.

Xəbər lenti
0