“Boeing” yeni təyyarəsinin sınağını dayandırdı

© REUTERS / Lindsey Wasson“Boeing 777X”-in təyyarəsinin sınaqları, arxiv şəkli
“Boeing 777X”-in  təyyarəsinin sınaqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mənbələrdən birinin məlumatına görə, sınağın dayandırılmasına səbəb hava keçirmə testləri edilən zaman qapıda yaranan problem o

BAKI, 7 sentyabr — Sputnik. “Boeing” şirkəti aşkar edilmiş problemlər səbəbiylə yeni “777X” uzaq mənzilli təyyarəsinin sınaqlarını dayandırıb.

Boeing 737 MAX 8 təyyarəsi səmaya qalxır - Sputnik Azərbaycan
"Boeing 737" qonşuda da qadağan edildi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şirkət nümayəndəsinin sözlərinə görə, təyyarənin sınağı zamanı sınaqların dayandırılmasını tələb edən ciddi problem aşkarlanıb. Bunun nədən ibarət olduğu barədə məlumat verilmir.

Mənbələrdən birinin məlumatına görə, sınağın dayandırılmasına səbəb hava keçirmə testləri edilən zaman qapıda yaranan problem olub.

Testlərin real əməliyyatdan daha sərt şəraitdə keçirildiyi qeyd olunur. Bu, təyyarəni etibarlılıq, bütövlük və təhlükəsizliyini sınamaq üçün edilir.

Xatırladaq ki, bir müddət əvvəl yeni “Boeing 777X”-in ilk uçuşunu mühərrikin inkişafı ilə bağlı problemlərə görə 2020-ci ilin əvvəlinə təxirə salmışdı.

“Boeing 777X” mart ayında təqdim edilib. Əvvəlcə laynerin ilk uçuşunu 2019-cu ilin payızında edəcəyi və müştərilərə ilk çatdırılmaların 2020-ci ildə başlayacağı planlaşdırılırdı.

Xəbər lenti
0