CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı gənc Türkiyədə faciəli şəkildə öldü

© Sputnik / Viktoriya ViatrisTürkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, 22 yaşlı Rüfət Fərhadov elektrik işləri görən zaman onu cərəyan vurub

BAKI, 7 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı gənc faciəvi şəkildə dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən günorta saatlarında İstanbulun Akşemseddin Məhəlləsi Akdeniz küçəsində baş verib. Məlumata görə, 22 yaşlı Rüfət Fərhadov elektrik işləri görən zaman onu cərəyan vurub.

İş yoldaşları dərhal təcili tibbi yadıma müraciət etsə də, Rüfət Fərhadov dünyasını dəyişib. Fərhadovun cənazəsi morqa aparılıb. Bu gün onun meyiti yaxınlarına təhvil veriləcək.

Xəbər lenti
0