CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirin müavini "uşaq pulu"nun bərpasından danışdı

© REPORTBaş Nazirin müavini Əli Əhmədov bir sıra obyektlərə baxış keçirdib
Baş Nazirin müavini Əli Əhmədov bir sıra obyektlərə baxış keçirdib - Sputnik Azərbaycan
Abunə olmaq
Ə.Əhmədov: “Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq”

BAKI, 7 sentyabr — Sputnik. Baş Nazirin müavini Əli Əhmədov "uşaq pulu"nun bərpası məsələsinə toxunub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ə.Əhmədov bu barədə jurnalistlərə açıqlamasında hökumətin bu məsələyə ciddi yanaşdığına diqqət çəkib: "Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsidir. Aztəminatlı ailələrə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir. Bura müxtəlif müavinətlərin verilməsi də aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər. Amma düşünürəm ki, bu məsələyə bir az daha ciddi şəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar".

Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat: "Uşaq pulu məsələsi həll edilməlidir"

"Düşünmürəm ki, bu ailələrin "uşaq pulu"na ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol hökumətin apardığı siyasət sayəsində hər bir ailənin öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilməsidir" - deyə o əlavə edib.

Ə.Əhmədov deyib ki, çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq: "Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər".

Xəbər lenti
0