Senator: Tramp büdcədən pul oğurlayaraq divar tikintisinə xərcləyib

© REUTERS / Yuri GripasABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tramp artıq iki dəfə Rusiyaya NATO və transatlantik əlaqələri sarsıtmağa kömək edib"

BAKI, 6 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp hərbi və siyasi baxımdan Rusiyanın qarşısının alınması üçün nəzərdə tutulmuş büdcədən götürdüyü 800 milyon dollara yaxın pulu Meksika ilə sərhəddə divarın tikintisinə xərcləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu demokratların Senatdakı lideri Çak Şumer bəyan edib.

"Ştatların iqtisadiyyatından və bütün ölkə üzrə yerli iqtisadiyyatdan oğurlanmış vəsaitə əlavə olaraq, Prezident Tramp Avropa Müdafiə Təşəbbüsündən 771 milyon dollar götürür. Bu proqram silahlı qüvvələrimizin komandanlığının tələbinə əsasən elə qurulub ki, Rusiyanın Avropada təcavüzünə reaksiya verməyə imkan yaradır", - Şumer yaydığı bəyanatında deyib.

O, həmçinin Trampın Ukraynaya hərbi yardım məsələsində "yavaş irəlilədiyini" bildirib. Şumer iddia edir ki, Tramp beləliklə, Rusiya Prezidenti Vladimir Putinə artıq iki dəfə "NATO və transatlantik əlaqələri sarsıtmağa" kömək edib.

Kinjal hipersəsli raketini daşıyan MiQ-31 qırıcı təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Putin Trampa hipersəs silahı təklif edib: "İstəyirsən sizə də verək"

"Prezident Tramp yenə Vladimir Putini Amerika xalqının və müttəfiqlərinin təhlükəsizliyindən üstün tutur. Prezidentin siyasi motivlərə əsaslanan özünüreklam layihəsini irəlilətmək məqsədilə sadiq avropalı müttəfiqlərimizi Rusiyanın təcavüzünə qarşı qüvvətləndirməyə yönəlmiş maliyyə vəsaitini ixtisar etməsi biabırçılıqdır, səhvdir və bu, milli təhlükəsizliyimizi zəiflədir", - Şumer əlavə edib.

"İki həftə ərzində hazırkı prezidentin Amerikanın rəqibi olan Vladimir Putinə iki qələbə qazandırması qıcıqlandırır və hiddətləndirir", - Şumer əlavə edib.

O, həmçinin Rusiyanı ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşmaqda günahlandırıb.

Bir müddət öncə, Tramp Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən təxminən 3,6 milyard dollar götürəcəyini bəyan edib. Bunu etmək üçün isə Tramp sərhəddə fövqəladə hal elan edib. Belə ki, fövqəladə hal elan edilməsi Konqres tərəfindən başqa məqsədlər üçün ayrılmış vəsaiti divarın tikilməsinə yönəltməyə imkan verir.

Xəbər lenti
0