SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanlı nazir yenə Türkiyədən şikayətçidir

© Sputnik / Asatur YesayantsМинистр иностранных дел Армении Зограб Мнацаканян во время пресс-конференции с главой МИД Уругвая (14 августа 2019). Еревaн
Министр иностранных дел Армении Зограб Мнацаканян во время пресс-конференции с главой МИД Уругвая (14 августа 2019). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
2009-cu ildə ilkin şərtlər olmadan Ermənistan – Türkiyə əlaqələrinin normallaşdırılması üçün Sürix protokolları imzalanmışdı

BAKI, 6 sentyabr — Sputnik. Ermənistan ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Yerevanda bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

"Biz Türkiyə tərəfindən Sürix protokollarına riayət olunmamasının şahidi oluruq. Biz ilkin şərtlər olmadan diplomatik əlaqələrin qurulmasına hazırıq. Lakin bunun üçün hər iki tərəfin istəyi olmalıdır. Mən yaxşı xəbərlərin olmasını deyə bilmərəm", - deyə Mnatsakanyan bildirib.

Xatırladaq ki, 2009-cu ildə ilkin şərtlər olmadan Ermənistan – Türkiyə əlaqələrinin normallaşdırılması üçün Sürix protokolları imzalanmışdı. Lakin bu razılaşma sonradan elə kağız üzərində də qaldı.

Xəbər lenti
0