Dünyanı titrədən terror aktı barədə qalmaqallı açıqlama: İnsanlar ölməyə bilərmiş

© AFP 2024 / DOUG KANTERПожар в небоскребах Всемирного торгового центра после теракта. США, Нью-Йорк, 11 сентября 2001 года
Пожар в небоскребах Всемирного торгового центра после теракта. США, Нью-Йорк, 11 сентября 2001 года - Sputnik Azərbaycan
Abunə olmaq
2001-ci il 10 sentyabr tarixində Kremlin saytında yerləşdirilmiş xəbərdə Rusiya və Amerika tərəfləri arasında baş tutmuş telefon zəngi haqqında məlumat verilir

BAKI, 6 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2001-ci il 11 sentyabr terror aktlarından iki gün əvvəl amerikalı həmkarı Corc Buşu gözlənilən mümkün terror hücumu barədə xəbərdar edibmiş. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Corc Bibi öz kitabında deyib.

Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
Türkiyənin terrorla mübarizə əməliyyatlarına kimlər mane olur - politoloq şərhi

Bibinin "Rusiya tələsi: Rusiya ilə kölgə müharibəmiz necə nüvə böhranına gətirib çıxara bilər" adlı kitabı bu həftə Birləşmiş Ştatlarda işıq üzü görüb. Corc Bibi keçmişdə MKİ-nin Rusiya məsələləri üzrə analitik bölməsinin rəhbəri olub. İndi isə o, Vaşinqtonda yerləşən Milli Maraqlar Mərkəzinin vitse-prezidentidir.

"Putin bu hücumdan iki gün əvvəl Prezident Buşa zəng edərək onu xəbərdar edib ki, Rusiya kəşfiyyatı hazırlanmaqda olan terror kampaniyasının əlamətlərini aşkar edib", - Bibi kitabında deyib.

Qeyd edək ki, 2001-ci il 10 sentyabr tarixində Kremlin saytında yerləşdirilmiş xəbərdə Rusiya və Amerika tərəfləri arasında baş tutmuş telefon zəngi haqqında məlumat verilir. Lakin xəbərdə telefon söhbətinin Amerika tərəfinin təşəbbüsü əsasında baş tutduğu, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitinə və Rusiya-Amerika sammitinə hazırlığın müzakirə olunduğu bildirilir.

Corc Bibi kitabında həmçinin xatırladır ki, Prezident Putin 11 sentyabr faciəsindən sonra ABŞ-ı dəstəkləmək üçün zəng vurmuş ilk xarici ölkə lideri olub.

Xəbər lenti
0