BAKI, 6 sentyabr — Sputnik. Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford ölkənin kosmik qüvvələrinə təhdid ola biləcək ölkələrin adını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Danford beynəlxalq əlaqələr üzrə qeyri-hökumət şurasının iclasında bildirib.
O, vurğulayıb ki, 1990-cı illərdə ABŞ güclərinin kosmosda yerləşdirilməsi zamanı rəsmi Vaşinqton bu sahədə rəqiblərin olmaması mövqeyindən çıxış edirdi. Hazırda isə kosmos rəqabət məkanına çevrilib.
"Bizim düşmənlərimiz siyahısında Şimali Koreya, Rusiya, Çin və İran var", - deyə Danford vurğulayıb.
O, əlavə edib ki, bu ölkələr kosmosda ABŞ potensialına, həmçinin ölkənin hərbi və kosmik maraqlarına təhdiddir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp kosmik qüvvələrin yaradılması haqqında bəyan etmişdi.