Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qayınanasını qanına qəltan edən kürəkən barəsində cinayət işi başlandı

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elşad Hacıyev qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub

BAKI, 5 sentyabr — Sputnik. Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramovun qayınanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Aynur Vəliyevanın yaşadığı ev - Sputnik Azərbaycan
Atası və əri tərəfindən döyüldüyü deyilən qadından xəbər var

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla E.Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib.

Xidmət rəisi qeyd edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: “İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Xəbər lenti
0