Hindistanın baş naziri də rusca danışdı

© Sputnik/Mikhail Klimentyev/Kremlin via REUTERSHindistanın Baş naziri Narendra Modi (solda) və Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli
Hindistanın Baş naziri Narendra Modi (solda) və Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Modi tvitində Rusiya xalqına və prezidentinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib

BAKI, 5 sentyabr — Sputnik. Hindistanın Baş naziri Narendra Modi "Twitter" səhifəsində rus dilində paylaşım yerləşdirib.

Sputnik Azərbaycan xəbər verir ki, Modi tvitində Rusiya xalqına və Prezident Vladimir Putinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib və qeyd edib ki, onun Vladivostoka səfəri iki ölkənin bir-birinə yaxınlaşmasına kömək edəcək.

"Təşəkkürlər, Rusiya! Məhsuldar səfər alındı. Bu səfərin nəticələri Rusiya və Hindistanı bir-birinə yaxınlaşdıracaq. Prezident Putinə, Rusiya Hökumətinə və xalqına təşəkkür edirəm", - Modi tvitində deyib.

​Qeyd edək ki, Hindistanın baş naziri Putinin dəvəti ilə 4-5 sentyabr tarixlərində Vladivostoka səfər edərək, Şərqi İqtisadi Forumda iştirak edib.

Xatırladaq ki, avqustun 20-də Fransa Prezidenti Emmanuel Makron da rusiyalı həmkarı Vladimir Putin ilə Fort Breqansonda baş tutmuş danışıqlarından sonra özünün "Facebook" səhifəsində rus dilində paylaşım yerləşdirərək, Rusiyanı xalis Avropa ölkəsi adlandırıb.

Xəbər lenti
0