CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər müraciət etdilər, şad xəbər gəldi

© Photo : APAJurnalistlər üçün tikilən bina.Arxiv şəkli
Jurnalistlər üçün tikilən bina.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək

BAKI, 5 sentyabr — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasına kupçaların verilməsi ilə bağlı məlumat yayıb.

Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli mənzil almaq istəyənlərə şad xəbər

Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.

Xatırladaq ki, dünən jurnalistlər ikinci binaya kupçaların verilməməsi barədə Prezidentə müraciət ediblər. Jurnalistlər üçün ikinci binanın açılış mərasimi 20 iyul 2017-ci il tarixində baş tutub. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. O, həmçinin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 3-cü binanın təməlini qoyub.

Xəbər lenti
0