Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qaradağ Rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.