Baş bankir imtahanlara qarşı çıxdı: şagirdləri "əlil" edir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПрезидент, председатель правления ПАО "Сбербанк России" Герман Греф
Президент, председатель правления ПАО Сбербанк России Герман Греф - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənim şəxsən məqsədlərimdən biri imtahanları öldürməkdir"

BAKI, 5 sentyabr — Sputnik. İmtahanlar şagirdləri oxumaq istəyindən məhrum edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Sberbank" dövlət bankının rəhbəri German Qref deyib.

Onun fikrincə, şagirdlər yalnız qarşıdan gələn qiymətləndirmə şəraitində oxumağa hazırdırlar.

"Bu böhrandır... Mənim şəxsən məqsədlərimdən biri imtahanları öldürməkdir", - Qref Şərqi İqtisadi Forum çərçivəsində baş tutmuş plenar sessiyada deyib.

Rusiyalı bankirin sözlərinə görə, uşaqlar məktəbi "əlil" kimi bitirirlər, çünki qiymətləndirmə sisteminə o qədər öyrəşirlər ki, gələcəkdə belə bir sistemin yoxluğunda rahatlaşırlar və nə isə etməyə hazır olmurlar.

Bir müddət öncə Qref uşaqlara yalnız bir fənnin tədris olunduğu dar ixtisaslı "riyaziyyat" məktəblərinin keçmişin qalıqları olduğunu və gələcəkdə riyaziyyatçı və proqramçılara ehtiyacın azalacağını bildirib.

Xəbər lenti
0