Tbilisidə qadını başından güllələdilər – Azərbaycanlı olduğu güman edilir

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidGürcüstanda polis əməkdaşı, arxiv şəkli
Gürcüstanda polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun qohumları qətlin qisas məqsədilə törədildiyini iddia edir. Digər versiyada isə qətlin soyğunçuluq niyyəti ilə törədildiyi və evdən qızıl oğurlandığı bildirilir.

BAKI, 5 sentyabr — Sputnik. Tbilisinin Temka rayonunda 62 yaşlı qadın odlu silahla başından vurularaq öldürülüb.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Yevlaxda gecə vaxtı qətl törədildi

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, qətl bu gün günorta saatlarında baş verib. Öldürülən qadının Sima Mirzəyeva olduğu bildirilib.

Qadının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib. Belə ki, hadisənin baş verdiyi evdə tüstülənmə müşahidə olunub. Əraziyə çağırılan yanğınsöndürənlər evə daxil olarkən qadının öldürülmüş cəsədini aşkar ediblər.

Mərhumun qohumları qətlin qisas məqsədilə törədildiyini iddia edir. Digər versiyada isə qətlin soyğunçuluq niyyəti ilə törədildiyi və evdən qızıl oğurlandığı bildirilir.

Xəbər lenti
0