Nazirlər Kabineti qərar verdi, paytaxt meri istefaya göndərilir

© Sputnik / Stringer / Mediabanka keçidVitali Kliçko, arxiv şəkli
Vitali Kliçko, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kliçko 2014-cü ilin iyunundan Kiyev meri və şəhər administrasiyasının rəhbəri vəzifəsini tutur

BAKI, 5 sentyabr — Sputnik. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bəyan edib ki, Ukrayna Nazirlər Kabineti ölkə prezidenti Vladimir Zelenskiyə Vitali Kliçkonu Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad etməyi məsləhət görüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Deputatın sözlərinə görə, Nazirlər Kabineti Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsini razılaşdırıb.

O, həmçinin əlavə edib ki, bundan sonra Nazirlər Kabinetinin qərarı baxılması üçün ölkə prezidentinə göndəriləcək.

Xatırladaq ki, Kliçko 2014-cü ilin iyunundan Kiyev meri və şəhər administrasiyasının rəhbəri vəzifəsini tutur.

Xəbər lenti
0