ABŞ-da artıq elektron siqareti də qadağan edirlər

CC BY 2.0 / VAPES / vape Elektron siqaret (veyp), arxiv şəkli
Elektron siqaret (veyp), arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağa şirin və meyvə ətirlərinin, həmçinin nanə və mentolun istifadə olunduğu veyp-məhsullara aiddir

BAKI, 5 sentyabr — Sputnik. Miçiqan ətirli elektron siqaretlərin istifadəsini qadağan edən ilk ABŞ ştatı olub. Bu barədə Sputnik Azərbaycan "The Washington Post"-a istinadən xəbər verir.

Qadağa şirin və meyvə ətirlərinin, həmçinin nanə və mentolun istifadə olunduğu veyp-məhsullara aiddir. Qadağa tütün dadlı elektron siqaretlərə şamil olunmur.

Bundan əlavə bu növ məhsulların təsviri zamanı "təmiz", təhlükəsiz" və "sağlam" kimi sözlərdən istifadə də qadağan edilir. Çünki bu sözlərin istifadəsi insanlarda yanlış təəssürat formalaşdıra bilər.

Ştatda qadağa həm pərakəndə, həm də onlayn satışa tətbiq olunur və 6 ay ərzində qüvvədə olacaq. Qadağa bu müddət bitdikdən sonra daha 6 ay da uzadıla bilər.

Xəbər lenti
0