BAKI, 4 sentyabr — Sputnik. Ötən gün axşam saatlarında Qusarda yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hadisə nəticəsində 5 nəfər xəstəxanaya aparılıb. Xəsarət alanlardan biri, 39 yaşlı Pərvanə Babayevanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılar - 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda müalicələri davam edir.