Paşinyan orduda dəyişikliklərə gedir – Generallar istefaya göndərilir

© SputnikErmənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan - Sputnik Azərbaycan
Abunə olmaq
Qasparyan olduqca ciddi və təcrübəli hərbçidir və Paşinyanın gəlişinə qədər də Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələr tutub

BAKI, 4 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Hərbi İnspektoru Movses Akopyan öz postunu tərk edə bilər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Jovohurd" (Xalq) nəşri məlumat yayıb.

Nəşr yazır ki, Akopyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan əvəz edə bilər. Öz növbəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsinə isə Onik Qasparyan gətirilir.

Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan Qarabağdan ötrü "geniş kombinasiya" axtarır

"Lakin Qaparyanın təyinatı ilə bağlı bir problem var ki, bu da onun təyinatını yubadır. Onik Qasparyan İcevanda anadan olub və Müdafiə Nazirliyindən isə ehtiyat edirlər ki, bu təyinat Paşinyanın guya öz həmyerlisini yüksək vəzifəyə təyin etməsi kimi dəyərləndirilə bilər və onu zərbə altına qoya bilər" - məqalədə yazılır.

"Jovohurd" eyni zamanda qeyd edir ki, Qasparyan olduqca ciddi və təcrübəli hərbçidir və Paşinyanın gəlişinə qədər də Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələr tutub.

Bu arada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan hazırda müdafiə naziri David Tonoyanla aralarında fikir ayrılığı olmadığını dilə gətirib: "Əgər məni işdən çıxarsalar və ya mən istefaya getsəm, onda (Qasparyan – red) mənim müavinim kimi bu postu tutacaq. Ömürlük xidmətdə olmayacayıq ki!"

Xəbər lenti
0