CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu paz o PAZ-la çıxmır və ya Daha "kartof" olmaq istəmirik

© Sputnik / Irade JELILYaranmış vəziyyətdən ən çox sürücülər narazıdır
Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır - Sputnik Azərbaycan
Abunə olmaq
Əksər sakinlər sadəcə ölmək istəmədiklərindən köhnə avtobuslardan istifadə etmirlər. Köhnə avtobuslardan ümidini üzməyənlər isə becərdiyi məhsulları bu avtobuslarla rayon bazarına daşıyan kəndlilərdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr  — Sputnik. Bir neçə gün öncə Lənkəranda baş verən avtobus qəzası regionlarda kəndlərlə rayon mərkəzləri arasında sərnişindaşıma fəaliyyəti göstərən avtobusların bərbad durumda olduğunu bir daha gündəmə gətirdi. Bu hadisə sübut etdi ki, bu gün kəndlərlə şəhərlər arasında sərnişindaşımanın durumu olduqca acınacaqlıdır.

Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı üzə çıxıb ki, hətta bəzi kəndlərin sakinləri rayon mərkəzlərinə getmək üçün şəxsi minik avtomobili ilə taksi xidməti göstərənlərin ümidinə qalıblar. 

Sındırılmış pəncərə şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda vandalizm: avtobusun şüşəsini sındırdılar
Məsələn, Şəkinin Daşbulaq kəndində sakinləri sovet dövründə rayon mərkəzinə daşıyan avtobusun ancaq korpusu qalıb. İndi sakinlər şəhərə getmək üçün taksi xidmətindən istifadə etmək məcburiyyətindədirlər. Digər kəndlərdə də eyni vəziyyət müşahidə olunur.

Sakinlər deyirlər ki, Sovet dövründə hər bir kənddən gündə bir dəfə rayon mərkəzinə sərnişin daşıyan avtobuslar fəaliyyət göstərib. Amma keçid dövründə həmin avtobuslar özəlləşdirilərək şəxsi istifadəyə verilib. Sonradan həmin avtobuslar istismar müddətini başa vurduğundan hamısı sıradan çıxıb.

Şəkinin Daşüz kənd sakini Qəndab Abdullayeva deyir ki, rayon mərkəzləri ilə kəndləri birləşdirən yollar bərbad vəziyyətə düşdükdən sonra kəndlərə yeni marşrut xətləri açılmayıb. Bəzi kəndlərdə köhnədən fəaliyyət göstərən avtobuslar isə istismar müddətini başa vurduğundan sərnişinləri yolda qoyur. Hətta əksər sakinlər öz həyatlarını təhlükə altına atmaq istəmədiklrindən belə avtobusların xidmətindən istifadə etmirlər. Köhnə avtobuslardan ümidini üzməyənlər isə becərdiyi məhsulları bu avtobuslarla rayon bazarına daşıyan kəndlilərdir.

© ©Karikatura"Kartof" olmaq istəmirik
Bu paz o PAZ-la çıxmır və ya Daha kartof olmaq istəmirik - Sputnik Azərbaycan
"Kartof" olmaq istəmirik

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu, kifayət qədər aktual mövzudur. A.Allahverənovun sözlərinə görə, kəndlərdən şəhərlərə sərnişin daşıyan avtobusların fəaliyyəti mütləq şəkildə lisenziyalaşdırılmalıdır: "Bundan əlavə, sərnişindaşıma istismara yararlı avtobuslarla həyata keçirilməlidir.

Lənkəranda baş verən qəza hadisəsi göstərdi ki, rayon mərkəzləri ilə kəndlər arasında sərnişin daşıyan avtobusların çoxu istismara yararsız durumdadır. Elə Lənkərandakı qəza da avtobusun əyləc sisteminin işləməməsi üzündən baş vermişdi. Ona görə də bu sahəyə nəzarət gücləndirilməlidir.

Texniki baxımdan yararsız avtobuslarla sərnişindaşıma hallarının qarşısı alınmalıdır. Aidiyyəti strukturların bu sahəyə ciddi nəzarəti olmalıdır".

A.Allahverənov bildirir ki, bunun üçün monitorinq keçirib qiymətləndirilmə aparılmalıdır: "Sərnişindaşıma xidmətinə yararsız olan avtobusların fəaliyyətinin qarşısı alınmalıdır.

Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qayda pozan avtobus sürücüləri agentliyə çağırıldılar - VİDEO
 Eyni zamanda, həmin istiqamətlərdə sərnişindaşıma üçün yararlı olan avtobusların istismarı məsələsi üzərində iş aparılmalıdır. Bu gün utilizasiya proqramı işləmədiyindən həmin avtobusları sahibkarın əlindən almaq da olmaz".

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər həm paytaxtda, həm də regionlarda sərnişindaşımada istismar olunan avtobus parkının yenilənməsi üzərində iş aparılır. Onun sözlərinə görə, bu istiqamətdə işə başlananda məlum olub ki, respublika üzrə sərnişindaşımada istifadə edilən avtobus parkının 77 faizdən yuxarı hissəsinin yenilənməsinə ehtiyac var: "Cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə iş aparılır. İstismar müddəti 10 ildən yuxarı olan avtobusların yenilənməsi həyata keçirilir. Görülən işlər nəticəsində bu rəqəm 77-dən 70 faizə düşüb".

N.Allahyarova bildirib ki, bu gün rayonlarla kəndlər arasında sərnişin daşıyan avtobusların çoxu qanunsuz fəaliyyət göstərir: "Lənkəranda baş verən avtobus qəzasının araşdırılması zamanı üzə çıxdı ki, PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun sürücüsü Ağayev Ələmdar Şahvəli oğlu Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib. Bu istiqamətdə DANX monitorinq aparır".

Xatırladaq ki, avqustun 28-də Lənkəranda baş vermiş avtobus qəzasında 1 nəfər (sürücü) ölüb, 20-dən çox sərnişin yaralanıb.

Xəbər lenti
0