CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Əzizov sahibkarlara üz tutdu

© Sputnik / Irade JELILSəbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov
Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
Abunə olmaq
İsrafil Kərimovun sözlərinə görə, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək

BAKI, 4 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyə edir.

Детский сад в Ясамальском районе Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
BŞİH: Uşaq bağçalarında aparılan yoxlamalarda ciddi nöqsanlar aşkar edilməyib

Bu barədə Sputnik Azərbaycan-a danışan qurumun mətbuat katibi İsrafil Kərimov qeyd edib ki, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur: "Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. Ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirir, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur".

Onun sözlərinə görə, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək: "Qeyd etmək lazımdır ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulan ərazilərə şamil edilmir. Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir".

Xəbər lenti
0