BAKI, 4 sentyabr — Sputnik. Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
© AR Ministry of Defense“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir
![Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42164/38/421643888_0:0:995:667_600x0_80_0_0_1a854e28a1d6204206506efb674596c9.jpg)
“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir
Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.
© AR Ministry of Defense“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir
![Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42164/38/421643844_0:0:960:667_600x0_80_0_0_9eb2d1c98dd1fad64b9c5c352cc396ff.jpg)
“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir
Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.