CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın gözəl aparıcısı illər sonra yenidən efirdə

Abunə olmaq
Nailə İslamzadə Azərbaycan televiziyasında 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində fəaliyyət göstərib

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın tanınmış televiziya aparıcısı Nailə İslamzadə yenidən efirə qayıdır.

Sputnik Azərbaycan xəbər verir ki, İctimai televiziyanın aparıcısı Alidə Mustafayeva bu haqda öz "Instagram" səhifəsində paylaşım edib: "Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim. Gözləyin, İTV bu mövsüm çox maraqlı olacaq."

İctimai TV-nin mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar yeni mövsümdə Nailə İslamzadəni "Ötən günlər" adlı proqramda görəcəklər. Belə ki, o, bu verilişi elə həmin kanalın ünlü siması olan Saleh Bağırovla birlikdə aparacaq.

Proqram geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Layihənin məqsədi tamaşaçılara ötən əsrin ən maraqlı hadisələrini, şəxslərini, maraqlı faktlarını bir daha xatırlatmaq, onlara nostalji hisslər yaşatmaqdır. “Ötən günlər” verilişində keçmiş filmlər,tamaşalar, musiqilər, musiqi qrupları, ən maraqlı insanlar,(aktyorlar, aktrisalar, rejissorlar, müğənnilər, idmançılar, yazıçılar, rəssamlar,) o cümlədən ötən illərin ən maraqlı hadisələri yada salınacaq.

Veriliş həftədə bir dəfə İctimai Televiziyada yayımlanacaq.

Məlumat üçün bildirək ki, Nailə İslamzadə Azərbaycan televiziyasında 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində fəaliyyət göstərib. Nailə xanım eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub.

Xəbər lenti
0