CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata adını dəyişdirmək istəyənlərin sayı açıqlandı

© Sputnik / Anar MustafayevŞəxsiyyət vəsiqəsi, arxiv şəkli
Şəxsiyyət vəsiqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb

BAKI, 4 sentyabr — Sputnik. 2019-cu ilin 6 ayı ərzində qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı mindən artıq müraciət daxil olub.

Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan dövrdə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 1.352, soyad sonluğunun dəyişdirilməsi üçün isə 1.235 müraciət daxil olub.

Nazirliyin məlumatında qeyd olunur ki, daxil olan müraciətlərin hamısı təmin edilib.

Qeyd edək ki, adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

Xəbər lenti
0