Azərbaycanda orta ömür həddi 75,2 ildir. Şəkərli diabet, talassemiya və bir sıra digər xəstəliklərin müalicəsi dövlət tərəfindən maliyyələşdirilir.
2019-cu ilin əvvəlində Azərbaycandakı müalicə-profilaktika müəssisələrində 255 470 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatdan keçib. Təkcə Bakıda ötən il şəkərli diabetdən 167 nəfər dünyasını dəyişib.
Hematologiya və Transfuziologiya İnstitutunun Talassemiyanın Profilaktikası şöbəsinin laboratoriyasının məlumatlarına görə, 2019-cu ilin 7 ayında 1400 talassemiya daşıyıcısı qeydiyyatdan keçib.
Bir sıra postsovet ölkələrində səhiyyəyə ayrılan cari xərclər və uzunömürlülüklə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz.