CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni film çəkilir - "Mirzə Cəlilin Azərbaycanı"

Abunə olmaq
Düşünürəm ki, Mirzə Cəlil bugünkü Azərbaycanı görərək yazıb

 

BAKI, 3 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" kinostudiyasında "Mirzə Cəlilin Azərbaycanı" adlı filmin çəkilişlərinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Əliyevdir. O, "Azərbaycanfilm" kinostudiyasında, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində, AzTV-nin "Xüsusi layihələr" departamentində, "Salnamə" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

Sonuncu pərdə adlanan filminin çəklişindən görüntü - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı
 Rejissor onlarla filmlərin ("Yaz havası" (1998), "Özgələr arasında doğma (2004), "Nəimi" (2005), "Səhra gülü" (2007), "Təxəllüsü "Mixaylo" (2008), "Xəzərdən Dünyaya" (2010) və s.) çəkilişində rejissor, senarist, bədii rəhbər kimi çalışıb.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş film, rejissorun sənət taleyində fərqli rol oynayacaq. Rejissor bildirir ki, Mirzə Cəlilin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir: "Düşünürəm ki, Mirzə Cəlil bugünkü Azərbaycanı görərək yazıb".

Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.

Qeyd edək ki, filmin senari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Xəbər lenti
0