BAKI, 3 sentyabr — Sputnik. Gömrükçülər külli miqdarda xarici valyuta və zərgərlik məmulatının ölkənin gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasına getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb.
Onların hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.
© © DGK-nin mətbuat xidmətiGömrükçülər tərəfindən saxlanılan zərgərlik məmulatları
Gömrükçülər tərəfindən saxlanılan zərgərlik məmulatları
© © DGK-nin mətbuat xidməti
Nəticədə, həmin vətəndaşların birindən 30000 ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.