BAKI, 3 sentyabr — Sputnik. Qəbələ rayonunda zəlzələ olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Zəlzələ yerli vaxtla saat 00:25-də Qəbələ ərazisində 3,2 bal gücündə qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.