Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 3 sentyabr — Sputnik. 2018-ci ildə perinatal dövrdə ölən uşaqların sayı 1399 olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu rəqəm daha öncəki illə müqayisədə artıb. Belə ki, öncəki ildə, yəni 2017-ci ildə perinatal dövrdə ölən uşaqların sayı 371 olub.
Bundan başqa, öncəki illə müqayisədə ötən il ölü doğulanların sayında da artım olub. Belə ki, 2017-ci ildə ölü doğulan uşaqların sayı 602, ötən il isə bu rəqəm 671 olub.
Qeyd edək ki, 2016-cı ildə ölü doğulanların sayı 569, yenidoğulmuşlar arasında ölüm halı isə 1291 olub.