CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir müğənnidən ağılları başdan edəcək fotosessiya

© Instagram / latifasoyuozMüğənni Lətifə Soyuöz, arxiv şəkli
Müğənni Lətifə Soyuöz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Fotoqrafın işi məni həyəcanlandırdı. Düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb"

BAKI, 2 sentyabr — Sputnik. Müğənni Lətifə Soyuöz uzun fasilədən sonra yenidən sosial şəbəkədə paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi dəniz kənarında cəsarətli pozalar verib. Lətifə bildirib ki, yeni fotolarını mahnıları üçün çəkdirib.

Публикация от Latifa Soyuoz Official (@latifasoyuoz)

"İki yeni mahnı hazırlamışam: biri italyan, digəri türk. Çoxdandır fotosessiya etmirdim. Amma gözəl alındı. Fotoqrafın işi məni həyəcanlandırdı. Düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb. Stilistim Səidə Nağıyeva, fotoqrafım Əliəkbər Fərid olub" – Soyuöz əlavə edib.

Lətifə onu da qeyd edib ki, uzun müddətdir sosial şəbəkədən də uzaqlaşıb. "Heç bir paylaşım etmirdim. Bir az işlərim çox idi. Bir də artıq iyrənmişdim. O qədər mənasız insanlar və paylaşımlar var ki" - deyə ifaçı yazıb.

Xəbər lenti
0