Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kartof və tərəvəz istehsalçılarına veriləcək subsidiyanın məbləği açıqlandı

© AFP 2024 / MARTIN BUREAUKartof, arxiv şəkli
Kartof, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında qəbul edilib

BAKI, 2 sentyabr — Sputnik. Gələn il Azərbaycanda kartof və tərəvəz istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 240 manat subsidiya alacaqlar.

Деньги, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar

Sputnik Azərbaycan bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası"na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Kartof və tərəvəz üzrə əmsal 1,2 müəyyən edilib.

Bostan bitkilərinin istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya ödəniləcək. Bu bitkilər üzrə əkin əmsalı 1,1 müəyyən edilib.

Xəbər lenti
0