Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Buğda istehsalçılarına şad xəbər

CC0 / kirahoffmann / Wheat Field Пшеничное поле, фото из архива
Пшеничное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib

BAKI, 2 sentyabr — Sputnik. Gələn il Azərbaycanda buğda istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 200 manat subsidiya alacaqlar.

İritonnajlı yük avtomobilinin DYP əməkdaşı tərəfindən yoxlanılması - Sputnik Azərbaycan
HADİSƏ
Sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu subsidiyalar ilə bağlı keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Qeyd edilib ki, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası"na əsasən qəbul edilib.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

Xəbər lenti
0