SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa nəhəngləri İran üçün yenidən toplanır - politoloq gözləntilərini açıqladı

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, onlar bu müqaviləyə yeni nəfəs vermək istəyirlər
Fikrət Sadıxov: “İrana tətbiq olunan sanksiyalar bundan sonra genişlənə bilər”

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Almaniyanın xarici işlər naziri Heiko Maas, Fransa Respublikasının Xarici İşlər naziri Jan-Iv Lö və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə İranı müzakirə etmək niyyətindədir. Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, İran məsələsində Avropa İttifaqının mövqeyi ABŞ-dan müəyyən dərəcədə fərqlidir: “Avropa sazişə nöqtə qoyulmasını doğru hesab etmir. Belə görünür ki, onlar bu müqaviləyə yeni nəfəs vermək istəyirlər. Onlar anlayırlar ki, bu məsələdə ABŞ-ın mövqeyi dəyişməyəcək və İrana tətbiq olunan sanksiyalar bundan sonra genişlənə bilər. Ona görə də Avropa ölkələri ortaq məxrəcə gəlməyə çalışacaqlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0