BAKI, 2 sentyabr — Sputnik. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqə Nazarbayeva yenidən ölkə parlamentinin yuxarı palatasının (senatın) sədri vəzifəsinə seçilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bir müddət öncə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Nazarbayevanın bu vəzifəyə namizədliyini irəli sürüb.
Dariqə Nazarbayeva Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. Nazarbayev bu ilin martında prezident vəzifəsindən istefa verib.
Dariqə Nazarbayeva 2016-cı ilin sentyabrından etibarən parlament senatının deputatıdır. 2019-cu ilin martında o, senatın spikeri seçilib.
Qeyd edək ki, Nazarbayevanın deputat səlahiyyətlərinin avqustda başa çatmasından sonra Tokayev onu yenidən senatın deputatı kimi təyin edib.