Instagram-ın bəlasına düşdü: Bəşər Əsəd öz qohumunu həbs etdirdi

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub

BAKI, 1 sentyabr — Sputnik. Suriyanın ən varlı adamlarından biri və ölkə prezidenti Bəşər Əsədin yaxın qohumu Rami Maxluf həbs edilib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri The Sun yayıb. Qəzetin məlumatına görə, Maxlufun aktivləri müsadirə olunub və vətəndaş müharibəsinin gedişində Rusiyadan alınan borcların ödənilməsi üçün istifadə olunacaq.

© AFP 2024 / LOUAI BESHARASuriyalı iş adamı Rami Maxluf, arxiv şəkli
Instagram-ın bəlasına düşdü: Bəşər Əsəd öz qohumunu həbs etdirdi - Sputnik Azərbaycan
Suriyalı iş adamı Rami Maxluf, arxiv şəkli

Rəsmi olaraq pul vəsaitlərinin müsadirəsi korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində aparılıb. Maxlufun 22 yaşlı oğlu Məhəmməd Instagram-da bahalı həyat tərzini əks etdirən  fotoları paylaşmaqla diqqətləri ailəsinin üzərinə cəlb edib. 

Посмотреть эту публикацию в Instagram

🇸🇾⚡️

Публикация от MRM (@mohammad.r.makhlouf)

Qəzet bildirir ki, qardaşının (Bəşər Əsədin - red.) hakimiyyətə gəlməsindən sonra özünün biznes imperiyasını quran Maxluf üç oğlu, o cümlədən Məhəmmədlə birlikdə ev dustağı edilib.

Başqa bir məlumata görə, Bəşər Əsəd Rusiya Prezidenti Vladimir Putin Suriyanın aldığı 3 milyard dolları qaytarmağı tələb etdikdən sonra Maxlufun həbsinə məcburi olaraq imza atıb.

Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub.

Xəbər lenti
0