BAKI, 1 sentyabr — Sputnik. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Dünya müharibəsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında analogiya aparıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"XXI əsrdə Azərbaycan xalqı qonşu Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq etdiyi, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasət və təfəkkürdən əziyyət çəkir", - deyə o qeyd edib.
1/09/1939 tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb.XXI əsrdə Azərbaycan xalqı qonşu Ermənistanın yürütdüyü,bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq etdiyi, II Dünya müh. xas olan işğal/anneksiya/anşlüz kimi siyasət və təfəkkürdən əziyyət çəkir.
— Hikmet Hajiyev (@HikmetHajiyev) 1 сентября 2019 г.
Bu gün II Dünya Müharibəsinin başlanmasından 80 il ötür