"Dorian" ən yüksək həddə çatdı - VİDEO

© REUTERS / Jean-Paul PelissierEleanor qasırğası
Eleanor qasırğası - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər ki, "Dorian" şimala doğru istiqamətini dəyişir və gələn həftə Corciya ilə Cənubi Karolina ştatlarına çata bilər

BAKI, 1 sentyabr — Sputnik. Twitter istifadəçiləri ABŞ sahillərini çülğalayan "Dorian" qasırğasının videolarını dərc edirlər.

Sputnik Azərbaycan bildirir ki, onlardan biri yazıb: "Abako üçün dua edin, çünki "Dorian" artıq gəldi":

​Sosial şəbəkədə yayılan videolarda küləyin ağacları əydiyi, suların isə Abako şəhərini yuduğu görünür.

​Bir qədər əvvəl qasırğanı beşinci kateqoriyaya - ən yüksək təhlükə həddinə - aid ediblər. Küləyin sürəti saatda 257 km-ə çatır. 

​ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər ki, "Dorian" şimala doğru istiqamətini dəyişir və gələn həftə Corciya ilə Cənubi Karolina ştatlarına çata bilər. Qasırğanın ilk zərbəsini gözləyən Floridada, eləcə də Corciya sahillərində fövqəladə vəziyyət elan edilib. Bundan bir qədər sonra isə Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster də fövqəladə vəziyyət elan edib.

Xəbər lenti
0