Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda minimum əmək haqqı artdı

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb

BAKI, 31 avqust — Sputnik. Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Xəbər lenti
0