BAKI, 31 avqust — Sputnik. Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzasında yaralanan şəxs barədə məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtoqəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdrıma aparılır.