BAKI, 31 avqust — Sputnik. Rus kosmonavt Aleksey Ovçinin insanabənzər Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research, indiki adı Skybot F-850) robotunu birinci dəfədən işə sala bilməyib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə kosmonavt Twitter hesabında yazıb. Uçuşları İdarəetmə Mərkəzinin mütəxəssisləri Fyodorun akkumulyator batareyalarını dəyişməyi təklif ediblər. Kosmonavt isə batareyaları dəyişmədən robotu işə sala bilib: "Onu qoşdum. On-on beş dəfə yandırıb-söndürdüm. Nəhayət, qoşuldu və nəsə dedi".
Sonra isə Fyodor özünün Twitter hesabından macəralarını anladıb:
"Kosmonavtlarla məşqlərə başladım. Təqlid rejimində stansiyanın xarici göyərtəsində kabellərin təmirini imitasiya edərək elektrik birləşdiricilərini uğurla yığdım. İndi isə Aleksey Nikolayeviçlə (Ovçininlə) səmimi söhbət edirik".
Начали тренировки. При выполнении космонавтом технологических операций я помогал ему в выборе необходимого инструмента. Потом в режиме копирования успешно собрал электросоединители, имитируя ремонт кабелей на внешнем борту станции. Сейчас мирно беседую с Алексеем Николаевичем pic.twitter.com/WVPyahuHTh
— FEDOR (@FEDOR37516789) August 30, 2019
Bundan əvvəl isə Fyodor Beynəlxalq Kosmik Stansiyadakı (BKS) şəraitdən gileylənib. Plana uyğun olaraq onu stansiyanın Rusiya seqmentinin "Poisk" 2 saylı kiçik tədqiqat moduluna (KTM2) yerləşdiriblər. "Nəzərə alsaq ki, avqustun 24-də birləşmə zamanı məhz KTM2-nin cihazları sıradan çıxmışdı, bu elə də rahat yer deyil", - robot yazıb. Fyodor həmçinin ümid etdiyini bildirib ki, modulun təmirini məhz ona həvalə edəcəklər.
В соответствии с ранее утверждённым планом меня разместили в МИМ2. Это не самое комфортное место особенно с учётом того, что именно аппаратура МИМ2 дала сбой на ближнем участке стыковки август, 24, 2019. Провожу диагностику оборудования. Надеюсь, что именно мне доверят его ремонт pic.twitter.com/vHsf5PAHiq
— FEDOR (@FEDOR37516789) August 29, 2019
Avqustun 24-də səhər çağı Fyodorun göyərtəsində olduğu "Soyuz MS-14" gəmisi BKS-ə birləşə bilməmişdi. "Roskosmos"dan bunu KTM2-dəki "Kurs" qarşılıqlı ölçü sisteminin siqnal gücləndiricisinin sıradan çıxması ilə əlaqələndirmişdilər. Kosmik gəmi ikinci cəhddə, avqustun 27-si səhər BKS-ə birləşə bilib.