CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iki marşrut xətti ilə bağlı qərar verildi – Müqavilə ləğv edildi

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку, фото из архива
Старые автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən "ALO141" Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq, daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib

BAKI, 31 avqust — Sputnik. 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metrostansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti 05.09.2019 tarixindən nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib.

Sabunçu rayonu Rüstəmov küçəsində 86 ünvanında qəza - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik ölümlə nəticələnən avtobus qəzası haqda xəbər yaydı

Həmçinin, ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən "ALO141" Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq, daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.

Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.

Məlumata o da bildirilir ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olaraq paytaxta gətirilir.

Xəbər lenti
0