CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə kimsəsiz azyaşlı qız uşaq doğdu

© Pexels Rene AsmussenKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Perinatal Mərkəzdən bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub, normal keçib

BAKI, 31 avqust — Sputnik. Mingəçevir şəhərində azyaşlı qızın hamilə olduğu üzə çıxıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, 7 aylıq hamilə olan 15 yaşlı Ə. A. dünən səhər çağırış əsasında Mingəçevir Su anbarı hövzəsindəki çimərlikdən həkim briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilərək Doğum şöbəsinə yerləşdirilib.

Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
HADİSƏ
Cəlilabadda 36 yaşlı qadın doğuş zamanı öldü

Onun üzərində kimliyini təsdiq edən hər hansı sənəd olmayıb. Müayinə zamanı azyaşlı qızın 7 aylıq hamilə olduğu müəyyən edilib. Özünü Gəncə sakini kimi təqdim edən qız Mingəçevirdə kafelərdən birində işlədiyini, ailə qurmadığını, atasının olmadığını, anasının isə Gəncədə yaşadığını deyib. O, tibb işçilərinin müşayiəti və xəstəxanaya məxsus təcili tibbi yardım maşını ilə Gəncə şəhər Regional Perinatal Mərkəzə göndərilib.

Perinatal Mərkəzdən bildirilib ki, hamilə qız artıq doğuş keçirib. Doğuş vaxtından əvvəl olub, normal keçib. 

Qızın ailə üzvləri və yaxınlarının tapılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0